AZ

Alman yazıçının qətlində şübhəli bilinən oğlu saxlanıldı – FOTO

Almaniya polisi yerli yazıçı Aleksandra Frölixin qətlində şübhəli bilinən şəxsi saxlayıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, söhbət yazıçının 22 yaşlı oğlundan gedir.

Onun həbsi üçün order verilib. Saxlanılarkən o, müqavimət göstərməyib.

Qeyd edək ki, yazıçı aprelin 22-də Hamburqdakı evində ölü tapılmışdı.

Eyni zamanda jurnalist olan A.Frölix “Mənim rus qayınanam və digər fəlakətlər” kitabının müəllifidir.

Seçilən
0
1
konkret.az

2Mənbələr