Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, növbədənkənar parlament seçkiləri olmayacaq.
“Növbədənkənar parlament seçkiləri keçirmək fikrində deyilik. Hökumət planlaşdırdığı kimi işləyir” – Nikol Paşinyan deyib.
O, növbədənkənar parlament seçkilərinə başlamaq niyyəti ilə bağlı yayılan xəbərləri vətəndaşlarla “vasitəçisiz” aktiv ünsiyyətlə izah edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ildə keçirilməsi planlaşdırılır.Daha əvvəl müxalifət ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduğunu bildirmişdi. “Mənim şərəfim var” millətçi parlament fraksiyasının altı deputatının hamısı müvafiq bəyanatı imzalayıb.
//Samir Qurbanov, Editor.az