AZ

Finlandiya miqrantları uşaq müavinətlərindən məhrum edəcək

2026-cı ilin əvvəlindən Finlandiya hökuməti evdə uşağa qulluq üçün ödənilən müavinətlərə yeni məhdudiyyətlər tətbiq edəcək. Belə ki, ölkədə üç ildən az müddətə yaşayan əcnəbilər bundan sonra müavinət almayacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

Dəyişikliklər təxminən 2,3 min insana, o cümlədən Rusiya, Ukrayna və İraq vətəndaşlarına şamil ediləcək.

Finlandiyanın Kela sosial sığorta agentliyinin məlumatına görə, ödəniş altı aydan üç yaşa qədər olan uşağın valideynlərindən və ya qəyyumlarından biri üçün nəzərdə tutulub. Cari müavinət məbləği ayda 377,68 avrodur. Bununla sonra 2026-cı ildən yalnız hər iki valideynin Finlandiya, Aİ və ya Avropa İqtisadi Zonası ölkələrində ən azı üç il yaşamış ailələr müavinəti ala biləcəklər.

Finlandiyada ümumilikdə 26,6 minə yaxın ailə bu güzəştdən istifadə edib. Əcnəbilər arasında əsas alıcılar İraq, Rusiya və Ukrayna vətəndaşları olub. Hökumət hesab edir ki, yeni miqrantlar üçün ödənişlərdən imtina edilməsi 2029-cu ilə qədər büdcəyə təxminən 10,9 milyon avro qənaət etməyə kömək edəcək.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr