AZ

Uşakov: Uitkoffla yeni təmaslar barədə hələ ki, razılaşma yoxdur

Rusiya tərəfi ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında sonrakı təmaslara dair razılaşmalar hələ əldə olunmayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Hələlik onunla yeni əlaqə ilə bağlı heç bir razılıq əldə olunmayıb”, – Uşakov jurnalistlərə bildirib.

Qeyd edək ki, aprelin 25-də Rusiya prezidenti Vladimir Putinlə Uitkoff arasında son görüş, üç saatlıq söhbət olub. Görüşdə Ukrayna ilə atəşkəs məsələləri müzakirə olunub. Bildirilib ki, Vaşinqton nümayəndəsi münaqişə zonasında atəşkəs üçün Rusiyanın razılığını almağa cəhd göstərib.

Seçilən
0
nocomment.az

1Mənbələr