AZ

Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Sən elə bir zirvəsən” adlı konsert proqramı təşkil edilib YENİLƏNİB VİDEO

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bakı Konqres Mərkəzində keçirilən konsertdə dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları, həmkarlar ittifaqlarının üzvləri və media nümayəndələri iştirak ediblər.

Konsert proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim edilib.

Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi musiqi nömrələri ilə çıxış ediblər.

Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb.

19.28

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir.

AZƏRTAC xəbər verir ki, proqramda Ulu Öndərin həyatı, misilsiz fəaliyyəti, xalqımız və dövlətimiz üçün əvəzsiz xidmətlərindən bəhs edən filmin nümayişi, sevdiyi musiqi nümunələri səsləndirilir.

Konsertdə dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları, həmçinin həmkarlar ittifaqlarının üzvləri və media nümayəndələri iştirak edirlər.

 

Seçilən
0
50
azertag.az

10Mənbələr