Azərbaycan təqdim etdiyi faktlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin son dövrlərdə atəşkəs rejimini pozduğu halları sənədləşdirərək qarşı tərəfə çatdırıb.
Azərbaycan tərəfi şərti sərhəddə atəşkəsin pozulması ilə bağlı faktları Ermənistan tərəfinə göndərib.
Operativ Media xəbər verir ki, tərəflər arasında mövzu ilə bağlı məlumat mübadiləsi aparılıb.
Azərbaycan təqdim etdiyi faktlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin son dövrlərdə atəşkəs rejimini pozduğu halları sənədləşdirərək qarşı tərəfə çatdırıb.
Ermənistan tərəfi isə öz növbəsində bu faktlarla bağlı araşdırma apararaq nəticələri Azərbaycan tərəfinə təqdim edib.
Hələlik təqdim olunan cavabın detalları ictimaiyyətə açıqlanmayıb.