AZ

Astaranın ucqar dağ kənd yolları çökdüVİDEO

Dağlıq ərazilərdə uçqun baş verib, qaya parçaları yola tökülüb.

Xezerxeber.az xəbər verir ki, son günlər intensiv yağışlardan sonra Astara rayonunun ucqar dağ kəndlərində sürüşmə və çökmə baş verib. Bu, əsasən Pensər-Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur.

Qaya parçaları töküldükdən sonra yolun asvalt qatında da çökmələr baş verib, nəticədə avtomobillərin hərəkəti çətinləşib.

Problemin həlli məqsədilə aidiyyəti üzrə texnikalar cəlb olunub, qaya parçaları yoldan təmizlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr