AZ

Polşada Səmərqənd günləri keçiriləcək



Polşada Səmərqənd günləri keçiriləcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə Özbəkistanda səfərdə olan Polşa Senatının sədr müavini Mixal Kaminski ilə Səmərqənd vilayət qubernatorunun müavini Rüstəm Qobilovla keçirilən görüşdə məlumat verilib.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın qurulması ilə bağlı təkliflərini bildiriblər.

“Polşa ilə əlaqələrimiz kifayət qədər səmərəli qurulub”, - deyə rayon qubernatorunun müavini R.Qobilov bildirib ki, İkinci Dünya Müharibəsi illərində Özbəkistanda minlərlə polyak məskunlaşıb:

"Bu gün vilayətdə 120 polyak vətəndaşı yaşayır. Onların milli adət və ənənələrini davam etdirmələri üçün hər cür şərait yaradılıb, “Polonez” Polşa Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Xalqlarımız arasında əlaqələrin davam etdirilməsi üçün hesab edirəm ki, mədəni əlaqələrin möhkəmləndirilməsi, ilk növbədə, əsas vəzifədir. Bu məqsədlə mən bu ilin iyun-iyul aylarında Polşada Səmərqənd günləri təşkil etməyi təklif edirəm".

Qeyd edək ki, səfər çərçivəsində Polşa nümayəndə heyəti Əmir Temur məqbərəsini, Reqistan ansamblı, Mirzo Uluqbəy Muzey Kompleksini və digər tarixi abidələri ziyarət edib.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr