AZ

Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
0
10
qafqazinfo.az

10Mənbələr