AZ

Tiflisdə üç partlayış xəbərdarlığı - DTX-dən ABŞ-a sərt cavab

ABŞ-ın Gürcüstandakı səfirliyi Tiflisdə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı bəyanat yayıb.


News365.az APA-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında Tiflisdəki “East Point” Ticarət Mərkəzi, “Galleria Tiflis” və “Tiflis Mall” ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı məlumat daxil olduğu qeyd edilib.


Səfirlik əlavə məlumat əldə olunan kimi ictimaiyyətə yenidən məlumat veriləcəyini qeyd edib.


Bəyanatda həmçinin deyilir ki, səfirliyin Regional Təhlükəsizlik İdarəsi əməkdaşlara bu ərazilərdən uzaq durmağı tövsiyə edib.


Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ səfirliyinin bəyanatının saxta olduğunu qeyd edib:


“Vətəndaşların təhlükəsiziyi xidmətin başlıca prioritetidir və öz səlahiyyətləri çərçivəsində xidmət bütün zəruri və təcili tədbirləri tətbiq edir. Biz Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəlikləri təhlükəsizliklə bağlı məsul qurumların fəaliyyətlərinə hörmət etməyə və müvafiq qurumlarla razılaşdırılmayan bəyanatlar yaymaqdan çəkinməyə çağırırıq”.


Seçilən
0
9
news365.az

10Mənbələr