Tofiq Abbasov: "Qərb Cənubi Qafqazda sabitlik istəmir, ona görə də ermənilərdən istifadə edərək vəziyyəti gərginləşdirirlər"
Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu daha bir ermənipərəst kampaniya təşkil edib. Belə ki, AŞ indi də Andranik Qriqoryan adlı bir erməni tapıb, onun dili ilə Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması tələbini səsləbdirib.
Birincisi, Qarabağdan köçən erməniləri heç kim qovmayıb, onlara qalıb yaşamaq təklif edilib, o təklif yenə qüvvədədir. Qarabağı tərk etmiş hər bir erməni fərdi qaydada vətəndaşlıq almaq üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edə bilər. Vətəndaşlıqları qəbul edilən ermənilər gəlib Azərbaycanda yaşamaq imkanı əldə edəcəklər. Hər hansı bir ölkədə yaşamağın başqa hansı üsulu var? Fransanın böyük şəhərlərindən biri olan Marseldə artıq yarım milyon erməni yaşayır. Fransa hökuməti onlara nəyə görə muxtariyyat vermir? Amma AŞ Azərbaycandan müxtəlif yollarla qurduğu tamaşalar üzərindən tələb etmək istəyir ki, 30-35 min erməniyə muxtariyyat ver.
İkincisi, Qarabağdan köçən ermənilərin 90 faizi artıq heç Ermənistanda da deyil, üçüncü ölkəyə köçərək həyatını qurmağa başlayıb. Yani Qarabağdan köçən ermənilərin bir daha geri qayıtmaq fikri yoxdur. Onlar artıq başa düşüblər ki, Ermənistan hökuməti və erməni diasporu onları yağlı vədlərlə aldadaraq bəlaya salıb.
Elə isə AŞ gündə bir təxribat düzənləyərək nə etmək istəyir?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, Avropa bu məsələdə vaxtaşırı təxribatlara gedir, özünəməxsus kampaniyalar qurur: "Niyyətləri də ondan ibarətdir ki, Azərbaycana təzyiqləri artırsınlar, bizi borclu çıxarsınlar. Halbuki Azərbaycan beynəlxalq qanunların tələblərindən kənar bir addım belə atmayıb. Azərbaycanın gördüyü bütün işlər, o cümlədən də torpaqlarını azad edilməsi, suverenliyinin təmin edilməsi, bölgədə sağlam mühit yaratmaq cəhdləri və s. hamısı beynəlxalq hüquq normalarına uyğundur. Bu baxımdan Azərbaycanın müstəqil siyasət yeritmək bacarığı, prezident İlham Əliyevin milli maraqları qorumaq əzmi, bu işdə prisdent yaratması bəzi qüvvələri qorxutmağa başlayıb. Ona görə də Avropa istəyir ki, Azərbaycan üçün yeni problemlər yaratsın və bundan yaralansın. Bu işdə də "erməni kartı"ndan istifadə edirlər.
Heç kim demir ki, bu qondarma problem niyə gündəmdən çıxmır? Axı ermənilər bir necə əsirdir ki, milli ocaq yaratmaq eşqi ilə yaşayırdılar. O ocağı ermənilər Azərbaycan torpaqlarında yaratdılar. Bəs bundan sonra onların istəyi nədir? Əgər onların fikrindəki "böyük Ermənistan"dırsa bu illuziyadan başqa bir şey deyil. Bu illuziya onların axırına çıxacaq.
AŞ-da Azərbaycana qarşı təxribatlara gəlincə, bəli, onlar bunu daima davam etdirəcəklər. Çunki Qərb Cənubi Qafqazda sabitlik istəmir, ona görə də ermənilərdən istifadə edərək vəziyyəti gərginləşdirirlər. Amma Azərbaycan buna imkan verməyəcək.
Birincisi, Azərbaycan BMT-nin dörd qətnaməsini icra edərək, bir daha göstərdi ki, o beynəlxalq hüququn, qanunun tərəfindədir, sabitliyin qorunmasinda legitim üsullardan istifadə edir. Nəhayət biz çalışırıq ki, Qafqaz bölgəsində ermənilərin azğınlığı üzündən yaranmış qeyir-sabit şəraitə son qoyulsun. Bu missiya artıq öz bəhrəsini verib və verməkdə də davam edir. Avropa, ABŞ və Rusiyada elə qüvvələr var ki, yeni status-kvo ilə razılaşa bilmirlər. Çünki onlar ermənilərin timsalında bir alət görürlər və bu alətdən istifadə etməklə onlar öz korporativ maraqlarını həyata keçirmək niyyətindədirlər. Ancaq bu çox təhlükəli məsələdir, çunki biz Ermənistanı xəbərdar etmişik. Orada fəaliyyət göstərən radikal qüvvələrə mesajlarımızı göndərmişik. Bildirmişik ki, onlar "qırmızı xətlər"i keçmək istəsələr, adekvat cavab alacaqlar.
Bu sirr deyil ki, Avropada özünü demokratik institutlar adlandıran qüvvələr Ermənistanda böyük pullar xərcləyirlər ki, guya demokratiyanı möhkəmləndirmək üçün zəmin yaratsınlar. Əgər Ermənistanda demokratiya varsa, o nəyə görə başqa bir dövlətə bu cür biyabırçı təcavüz edir? Nəyə görə ermənilər 300 min azərbaycanlını etnik təmizləməyə məruz qoydu? Ermənistan niyə minlərlə insanı ağılasığmaz işgəncələrlə öldurdü, əlil etdi, bir milyon insanı yurd-yuvasından didərgin saldı?
Ötən əsrin 90-cı illərində Ermənistanın əsir göturdüyu 4 minə yaxın azərbaycanlıdan heç bir xəbər yoxdur. Avropa ölkələri, demokratik təsisatlar maraqlanmır ki, Ermənistan o insanların taleyinə niyə aydınlıq gətirmir.
Görünən odur ki, Ermənistanı himaye edənlər ya onların vassal xidmətlərindən istifadə edirlər, ya ölkəni plastarm kimi görürlər, ya forpost, ya da qondarma müttəfiq kimi ondan istifadə etməyə çalışırlar. Yalniz Fransanın Ermənistana münasibətini yada salmaq kifayətdir.
Artıq Azərbaycan Avropa təsisatlarının azğınlığını gözəl başa düşür. Bilirik ki, onlar necə qondarma problemlər yaratmaq istəyirlər. Azərbaycanın heç bir günahı olmadığı halda çalışırlar ki, bizi bütün təhlükəli vəziyyətlərin səbəbkarı kimi dünyaya təqdim etsinlər.
20-ci əsirdə azərbaycanlılar dördüncü dəfə Ermənistandan qovuldular. Amma indiyə qədər heç bir Avropa qurumu buna münasibət bildirməyib. Bir milyona yaxın qaçqını olan ölkəyə heç bir yardım vermədilər, həmrəylik ifadə etmədilər. Amma bu gün 35 min erməni öz istəyi ilə Qarabaği tərk etdiyinə görə saçlarını yolurlar, sinə vururlar. Həqiqətən də həmin insanların 27 minə yaxını artıq Ermənistanı tərk edib. Onlar Ermənistanda yaşamaq istəmədilər. Çünki Ermənistan cəmiyyəti dözülməz mühitdir. Lakin bütün bunlari görə-görə istəyirlər ki, Ermənistanı "ağ", Azərbaycanı isə "qara" rəngdə dünyaya təqdim etsinlər. Amma bu işləri heç birinin onlara xeyiri olmayacaq. Azərbaycan öz mübarizəsindən geri çəkilməyəcək. Çunki bizim münarizəmiz haqq mübarizəsidir və biz bu yoldan dönməyəcəyil".
Dəniz NƏSİRLİ