"Barselona" yaxın gələcəkdə müdafiənin sağ cinahını gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “Spanish Sport”a istinadən verdiyi məlumata görə, "blauqrana" "İnter"in müdafiəçisi Denzel Dumfriesi transfer etmək niyyətindədir. Maraqlıdır ki, Çempionlar Liqasının yarımfinal mərhələsində məhz "Barselona"ya qarşı keçirilən oyunda 29 yaşlı Dumfries əla performans sərgiləyib.
O, həmin görüşdə iki qol vurmaqla yanaşı, komanda yoldaşlarına üç məhsuldar ötürmə edərək beş təsirli hərəkətlə yadda qalıb. Dumfries "İnter"də sağ cinah boyu həm müdafiə, həm də hücum xəttində effektiv çıxışı ilə seçilir.
Eyni zamanda qeyd edilir ki, "Barselona"nın qısa siyahısına digər sağ cinah müdafiəçiləri də daxildir - Ceremi Frimponq (Bayer), Dodo (Fiorentina) və Uanderson (Monako).