AZ

Vyetnam Kommunist Partiyasının Baş katibi Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib

Bakı, 7 may, AZƏRTAC

Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bu gün imzalanan Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib.

AZƏRTAC xəbər verir ki, Baş katib birinci məsələnin partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaq olduğunu deyib. Diqqətə çatdırıb ki, ikincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaqdır. To Lam üçüncüsü məsələ ilə bağlı qeyd edib: “Biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik”.

Dördüncü məsələnin mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirmək olduğunu vurğulayan To Lam, həmçinin bildirib: “Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik”.

Seçilən
0
28
azertag.az

10Mənbələr