AZ

Donald Tramp 13 il əvvəl Gürcüstana niyə gəlib? –VİDEO

Həbsxanada olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ABŞ prezidenti Donald Trampla bağlı maraqlı görüntülər paylaşıb.

AzPost bildirir ki, görünütlərdə Trampın Gürcüstana səfəri əks edilib.

Amerikalı milyarder və media maqnatı Donald Tramp 2012-ci ilin aprelin 21-də Gürcüstan iqtisadiyyatına investisiyaları müzakirə etmək üçün şənbə günü şəxsi təyyarəsi ilə Tbilisiyə uçub.

Gələndən sonra Tramp jurnalistlərə deyib ki, o, Gürcüstanda eyni vaxtda bir neçə gözəl və xüsusi layihə həyata keçirmək niyyətindədir. Onlardan biri bazar günü Batumidə Qara dəniz sahilində təqdimatı keçiriləcək Trump Tower kompleksidir. Bu layihənin həyata keçirilməsinə gəlincə, Kobaliya qeyd edib ki, bu, Acarıstanın və bütün Gürcüstanın iqtisadiyyatının inkişafını sürətləndirəcək.

Həmin gün axşam o, ölkə prezidenti Mixail Saakaşvili ilə görüşüb.

Donald Tramp Gürcüstana səfəri zamanı iki göydələn tikmək barədə razılığa gəlib. Lakin Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının 1 oktyabr parlament seçkilərində uduzması səbəbindən nəticəsiz qalıb.

Seçilən
0
azpost.info

1Mənbələr