AZ

"Haypers Quba"dan qələbə, "Dinamo" UDUZDU

Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə 4 matç keçirilib.
 

"Lerik" "Araz-Saatlı"nın qonağı olub. "Şimal" "Şəki Siti"ni qəbul edib. "Kür-Araz" "Haypers Quba" ilə qarşılaşıb. "Dinamo" isə "Göygöl"lə üz-üzə gəlib.


Xatırladaq ki, daha əvvəl 2-ci liqada "Şahdağ Qusar" və "Şəfa", həmçinin "Şimal" da artıq 1-ci liqaya vəsiqəni təmin edib.

7 may (çərşənbə)

“Araz Saatlı” – “Lerik” - 0:1

Qol: Z.Nuruzadə, 50

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Saatlı OİK stadionu

“Şimal” – “Şəki Siti” - 3:0

Qollar: V.Seyidov, 13; P.Seyidov, 29; P.Seyidov, 88

Hakimlər: Sənan Bayramzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Rövşən Rəcəbov

Siyəzən şəhər stadionu

“Kür-Araz” – “Haypers Quba” - 1:2

Qollar: İ.Hüseynli, 30 – H.Novruzov, 27; C.İmamverdiyev, 42

Qırmızı vərəqələr: İ.Nağıyev, 68 ("Haypers Quba"); N.Paşayev, 81 ("Kür-Araz")

Hakimlər: İslam Məmmədov, Anar Bədəlov, Aydın Bəxşiyev, Rasim Musayev

Heydər Əliyev adına İmişli şəhər stadionu

“Dinamo” – “Göygöl” - 0:1

Qol: E.Rəhimov, 14

Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov

Binə qəsəbə stadionu

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr