AZ

"Barselona" "İnter"in müdafiəçisini transfer etmək istəyir

"Barselona" heyətini yeni sağ cinah müdafiəçii ilə gücləndirməyi planlaşdırır.

Sporta.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "İnter"də çıxış edən Denzel Dumfrisdir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" niderlandlı futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq. Kataloniya təmsilçisinin bu mövqe üçün alternativləri "Fiorentina"da Dodo, "Bayer"dən Ceremi Frimponq və "Monako"dan Vandersondur.

Qeyd edək ki, Denzel Dumfris "İnter"in Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə matçlarında 2 qol vurub, 3 məhsulda ötürmə edib.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr