AZ

"Bavariya" transferdə "Beşiktaş"a rəqib oldu

"Bavariya" yeni mövsümdə Harri Keynlə rəqabət aparmaq üçün yeni hücumçu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Bayer"də çıxış edən Patrik Şikdir. Bu barədə ⅦBild" nəşri məlumat yayıb.

"Bavariya" rəhbərliyi artıq çexiyalı forvardın meneceri ilə əlaqə saxlayıb və onun maliyyə şərtləri barədə məlumat toplayıb. "Bayer" futbolçusunu 25 milyon avroya satmağa hazırdır. 29 yaşlı hücumçu ilə "Beşiktaş" da maraqlanır.

Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin sentyabr ayında "Roma"dan transfer edib. Çexiya millisinin üzvü olan təcrübəli hücumçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 25 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqaviləsi var.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr