Prodüser Sergey Dvortsov azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) bir konsert üçün aldığı qonorarı açıqlayıb.
"Unikal" xəbər verir ki, Dvortsovun sözlərinə görə, Coni indi Rusiya səhnəsində ən yüksək qonorar alan sənətçilərdən biridir.
"O, bir konsert üçün təxminən 6 milyon rubl alır. Hər bir sənətçinin şəxsi sürücüsü var, bəziləri yalnız dəniz məhsulları, bəlkə də spirtli içkilər istəyə bilər, bəzilərinə isə yalnız bir şüşə su, çay, qəlyanaltılar və salatlar təyin olunur", - deyə prodüser bildirib.
Dvortsov bildirib ki, Coni Sergey Lazarev və Dima Bilandan daha populyardır və təkcə səmərəliliyi ilə deyil, həm də yaxşı reputasiyası ilə seçilir.