AZ

"Çoxları 2:3 hesabı ilə geri düşəndən sonra təslim olardı..." - Zommer Yamalın zərbəsini unutmayacaq

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında ilk oyunda heç-heçə etdiyi (3:3) "Barselona"nı əlavə vaxtda üstələyərək (4:3) finala yüksələn "İnter"in qapıçısı Yan Zommer fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Çox xoşbəxtəm. Əla oyun keçirdik. Hansı zərbəni unutmayacam? Lamin Yamalın endirdiyini sonuncunu... O, möhtəşəm oyunçudur. Xoşbəxtlikdən zərbəsi qola çevrilmədi. Çoxları 2:3 hesabı ilə geri düşəndən sonra təslim olardı, biz isə yox. Sonadək mübarizə apardıq və finala yüksəldik".

Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək. İngiltərədə baş tutan ilk qarşılaşma Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflərin cavab oyunu bu gün keçiriləcək.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr