AZ

Məşhur aktyor qoca fırıldaqçı rolunu oynayacaq - Foto

Məşhur

Hollivudun ulduz aktyoru Robert De Niro və aktrisa Cenna Orteqa peşəkar bilyard fırıldaqçılarından bəhs edən filmdə birgə çəkiləcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə "Variety" jurnalı yazıb.

Bildirilir ki, "Oskar" mükafatçısı Robert De Niro və "Çərşənbə" filmindən sonra daha çox tanınan Hollivud ulduzu Cenna Orteqa, amerikalı rejissor David O. Rasselin rəhbərliyi ilə yaxın vaxtlarda işə salınacaq "Quru oyun" kino-layihəsində baş rolları ifa edəcəklər.



Ekran əsərinin süjeti hovuz oyunlarında ixtisaslaşmış, həmçinin bilyardda peşəkar fırıldaqları ilə məşhur olan Ceyk (Robert De Niro) adlı qocalmış fırıldaqçıdan bəhs edir. O, bir gün perspektivli fırıldaqçı Mia adlı qızla tanış olur və ona, bildiyi bütün fəndləri öyrətməyi təklif edir. Hadisələrin davamında fırıldaqçı qocaya məlum olur ki, Mia ambisiyalıdır və qalib gəlir. Bu isə tədricən böyük bir rəqabətin yaranmasına səbəb olur və Ceyk ilə Mia tandemini təhdid edir.

Filmin dəqiq nümayiş tarixi məlum deyil.

Oqtay QORÇU
Seçilən
0
reyting.az

1Mənbələr