TBİLİSİ, 7 may. TELEQRAF
ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayışlar təhlükəsi olduğu ilə bağlı xəbərdarlıq yayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, diplomatik nümayəndəlik əməkdaşlarına növbəti xəbərdarlıq edilənə qədər ticarət mərkəzlərinin yerləşdiyi ərazilərə getməməyi tövsiyə edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi xəbərdarlığı hələ şərh etməyib.