Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə 4 matç keçirilib.
"Lerik" "Araz-Saatlı"nın qonağı olub. "Şimal" "Şəki Siti"ni qəbul edib. "Kür-Araz" "Haypers Quba" ilə qarşılaşıb. "Dinamo" isə "Göygöl"lə üz-üzə gəlib.
Xatırladaq ki, daha əvvəl 2-ci liqada "Şahdağ Qusar" və "Şəfa" artıq 1-ci liqaya vəsiqəni təmin edib.
7 may (çərşənbə)
“Araz Saatlı” – “Lerik” - 0:1
Qol: Z.Nuruzadə, 50
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Saatlı OİK stadionu
“Şimal” – “Şəki Siti” - 0:3
Qollar: V.Seyidov, 13; P.Seyidov, 29; P.Seyidov, 88
Hakimlər: Sənan Bayramzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Siyəzən şəhər stadionu
“Kür-Araz” – “Haypers Quba” - 1:2
Qollar: İ.Hüseynli, 30 – H.Novruzov, 27; C.İmamverdiyev, 42
Qırmızı vərəqələr: İ.Nağıyev, 68 ("Haypers Quba"); N.Paşayev, 81 ("Kür-Araz")
Hakimlər: İslam Məmmədov, Anar Bədəlov, Aydın Bəxşiyev, Rasim Musayev
Heydər Əliyev adına İmişli şəhər stadionu
“Dinamo” – “Göygöl” - 0:1
Qol: E.Rəhimov, 14
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov
Binə qəsəbə stadionu