AZ

BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..


Rauf Zeyni: "BMT-nin bəzi təsisatlarının Bakıda ofislərinin açılması ilə fəaliyyət göstərmələri BMT ilə Azərbaycanın əlaqələrinə heç bir müsbət təsirə malik deyil"

Bu günlərdə BMT-nin bir neçə qurumu Azərbaycanda fəaliyyətini dayandırdı. Belə ki, iki gün əvvəl BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycan Hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırdı.

Bu barədə BMT UNHCR-in sözçüsü Metyu Saltmarş bildirib.

Bir gün əvvəl isə BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.

Qeyd olunub ki, fondun Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam etdiriləcək.

Həmin gün BMT-nin Əhali Fondunun (UNFPA) da Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.

UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam edəcək.

Bir həftə əvvəl isə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb.

Eyni zamanda, BMT-nin Uşaq Fondunun da (UNICEF) Bakı ofisi fəaliyyəti dayandırıb.

Bu BMT ilə Azərbaycanın əməkdaşlığına necə təsir edəcək? Cəmiyyətdə bunu hətta, Azərbaycanın BMT-dən çıxması kimi qiymətləndirənlər də var? Əslində nə baş verir, bu nə deməkdir, bu qurumlar fəaliyyətini Azərbaycanda nəyə görə dayandırdı?

Baki-xeber.com saytının sualını cavablandıran ekspert Rauf Zetni bildirdi ki, bu günlərdə BMT-nin bir neçə qurumunun Azərbaycanda fəaliyyətinin dayandırılması BMT ilə Azərbaycan arasında əlaqələrin yeni formatda qurulması ilə bağlıdır: "BMT-nin bəzi təsisatlarının Bakıda ofislərinin açılması ilə fəaliyyət göstərmələri BMT ilə Azərbaycanın əlaqələrinə heç bir müsbət təsirə malik deyildi. Dövlətin birbaşa baş ofislərlə işləmək imkanları mövcuddur. Hazırda yeni imkanlar dəyərləndirilir. Əlbəttə, burada müəyyən başqa səbəblər də ola bilər. Məsələn, BMT-nin İnsan Hüquqları Komitəsi Azərbaycanın ədalətli mühakiməsinə (söhbət erməni əsilli müharibə cinayətkarlarının məhkəməsindən gedir - A.N.) ədalətsiz mövqe sərgiləyib.

Amma Xarici İşlər Nazirliyininin rəsmi məlumatına görə, heç də BMT ilə Azərbaycan arasında əməkdaşlıq dayandırılmır, sadəcə olaraq bu əlaqələr yeni formata keçir. BMT ilə Azərbaycanın əvvəlki əməkdaşlığı yenə davam etdiriləcək, lakin bu digər regional ofislər və baş qərargahlar vasitəsi ilə həyata keçriləcək.

Bu BMT ilə Azərbaycan arasında əməkdaşlığın dayandırılması, hətta, zəiflədilməsi kimi də qəbul edilə bilməz. Çünki BMT ilə Azərbaycan ötən il həm COP29 çərçivəsində, həm də digər müstəvilərdə əməkdaşlıqlarını daha da gücləndirdirlər. Bundan sonra da Baki BMT-nin böyük tədbirlərinə ev sahibliyi edəcək. Biz də vətəndaş cəmiyyəti üzvləri olaraq bu tədbirlərdə iştirak etməklə öz töhfələrimizi verəcəyik.

Fikrimizcə bu Azərbaycanla BMT arasında əməkdaşlığın daha səmərəli təşkil edilməsinə bir vəsilə olacaq".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr