Serbiya Prezidenti Aleksandar Vuçiç Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib.
“Report” xəbər veri ki, bu barədə TASS məlumat yayıb.
Daha əvvəl Serbiya liderinin təyyarəsi Bakıda eniş edib.
Dünən "Veçernie novosti" qəzeti xəbər vermişdi ki, Litva və Latviya mayın 9-da Moskvada Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya Prezidentinin təyyarəsi üçün hava məkanını bağlayıb. Rusiyaya səfər çərçivəsində A.Vuçiçin rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşü planlaşdırılır.