Bakı-Hanoy strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.