AZ

Modi rejiminin iflasa doğru GETDİYİ YOL 

Hindistanın Pakistana qarşı başladığı son hərbi əməliyyat insanlıq adına bir ləkə, beynəlxalq hüququn və regional sabitliyin açıq-aşkar tapdanmasıdır. Məscidlərə raket atmaq, mülki əhalini qətlə yetirmək və sonra bunu “ədalət zəfəri” kimi təqdim etmək barbarlığın və siyasi riyakarlığın son həddidir.
 
Bu təcavüzkar siyasət Hindistanın islamofob və faşist düşüncəli Modi hökumətinin illərdir yürüdüyü irqçi və anti-müsəlman ideologiyasının davamıdır. Cammu və Kəşmir bölgəsində aparılan işğal, məscidlərin və yaşayış məntəqələrinin hədəfə alınması insanlıq əleyhinə cinayətdir və buna səssiz qalmaq mümkün deyil.
 
Azərbaycan dövləti və xalqı olaraq biz bu vəhşiliyi qəti şəkildə pisləyir və qardaş Pakistanın yanında olduğumuzu açıq bəyan edirik. Türkiyə də eyni mövqeni sərgiləyərək, Hindistanın təcavüzkar siyasətinə qarşı Pakistanla həmrəylik nümayiş etdirir. Bizim üçün bu, sadəcə siyasi yox, mənəvi və qardaşlıq borcudur.
 
Hindistanın bu hərbi avantürası regionun sülh və sabitliyini təhlükə altına atmaqla yanaşı, ölkə daxilində də dini və etnik qarşıdurmaları alovlandırır. Bu isə Hindistanın gələcəkdə daha böyük siyasi və sosial böhranlarla üzləşəcəyinin açıq göstəricisidir.
 
Modi hökuməti müharibə və zor gücü ilə nə Cammu və Kəşmir məsələsini, nə də öz antimüsəlman siyasətini dünyaya qəbul etdirə biləcək. Bu müharibə Modi rejiminin daxildəki uğursuzluqlarını və vəd etdiyi sosial problemlərin həllindən yayınmaq üçün atdığı uğursuz addımdır.
 
Pakistanın cavabı tamamilə haqlıdır və beynəlxalq ictimaiyyət bu ölkənin suverenliyinin pozulmasına qarşı bir mövqe sərgiləməlidir. Azərbaycan və Türkiyə qardaş Pakistanın yanında olmaqla, həm də dünyada ədalətin və haqqın müdafiəçisi olduqlarını göstərirlər.
 
Modi rejiminin bu təcavüzkar siyasəti Hindistanın beynəlxalq imicinə və nüfuzuna ciddi zərbə vuracaq. Çünki bu tip müharibələr keçir, amma tarix və vicdan yaddaşında bu cinayətlər həmişə qalır.
 
Azərbaycan, Türkiyə və Pakistan bu məsələdə bir yumruq kimi birləşib, Cənubi Asiyada müsəlmanların və haqqın səsini ucaldacaq!
 
 Xəyalə Rəis 
 
 
Seçilən
0
moderator.az

1Mənbələr