“Bayer”in hücumçusu Florian Virts karyerasını “Bavariya”da davam etdirmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 22 yaşlı hücumçu “Real” və “Mançester Siti”nin marağına baxmayaraq, karyerasına “Bavariya”da davam etmək niyyətindədir. O, bu barədə leverkuzenlilərin baş məşqçisi Xabi Alonsonu da məlumatlandırıb.
Florian bu mövsüm 43 oyunda 16 qol vurub, 13 məhsuldar ötürmə edib.