AZ

Martines həmyerlisi Kresponun rekordunu təkrarladı

"İnter"in argentinalı hücumçusu Lautaro Martines həmyerlisi Hernan Kresponun rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, Lautaro bunu UEFA Çempionlar Liqasında 9-cu qolunu vurmaqla bacarıb.

 27 yaşlı forvard  2002/2003 mövsümündə Milan təmsilçisinin heyətində eyni sayda fərqlənən Kresponu haqlayıb. 

Qeyd edək ki, Martines cari mövsüm ÇL-in bombardirlər cədvəlində 5-ci yerdədir. Siyahıya 13 qolla Dortmund "Borussiya"sının forvardı Seru Girassi başçılıq edir.

Seçilən
0
fanat.az

1Mənbələr