Özbəkistan prezidenti Moskvaya gedəcəyini TƏSDİQLƏDİ
Ajans.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu il mayın 8-9-da işgüzar səfərlə Moskvaya səfər edəcək”, - məlumatda deyilir. Qeyd olunur ki, Mirziyoyev səfəri zamanı Moskvada Böyük Qələbə bayramı münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək, həmçinin Rusiya Federasiyasının nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.