AZ

“Pakistan hər zaman Azərbaycan və Türkiyənin dəstəyinə bel bağlaya bilər”

Məlum olduğu kimi, həm Azərbaycan, həm də Türkiyə Pakistan-Hindistan qarşıdurması fonunda İslamabada dəstək ibfadə edib, Hindistanın mülki insanlara qarşı zor tətbiq etməsini pisləyiblər.

Əgər məlum gərginlik bundan sonra da davam edərsə, o zaman Pakistan Azərbaycan və Türkiyənin davamlı dəstəyinə ümid edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov, Azərbaycan və Türkiyənin bundan sonra da Pakistana dəstək verməkdə davam edəcəyini bildirib:

“Dünyadakı bütün müharibə və qarşıdurmalarda münaqişə tərəfləri hər zaman öz gücləri ilə yanaşı, həm də müttəfiqlərinin gücünə bel bağlayıblar. Əgər bu gərginlik irimiqyaslı müharibəyə çevrilərsə, o zaman həm Pakistan, həm də Hindistan öz müttəfiqlərindən də müxtəlif baxımdan dəstək almağa çalışacaqlar.

Pakistan bizim üçün də, Türkiyə üçün də etibarlı bir müttəfiqdir. Biz Qarabağ müharibəsində də, Şimali Kipr savaşında da bunu görmüşük. Həm Qarabağ, həm də Şimali Kipr savaşı müqəddəs bir savaş idi. Çünki həm Azərbaycan, həm də Türkiyə haqqın, ədalətin tərəfində idi. Həmin vaxt Pakistan Azərbaycan və Türkiyəyə dəstək ifadə etdi, qəti mövqe sərgilədi. İndi necə ola bilər ki, Pakistan bizə dəstək versin, amma biz ona dəstək göstərməyək? Pakistana dəstək bizim mənəvi-siyasi borcumuzdur. Və Pakistan hər zaman həm Azərbaycanın, həm də Türkiyənin siyasi-mənəvi dəstəyinə etibar edə bilər”.

Seymur ƏLİYEV

Seçilən
0
moderator.az

1Mənbələr