AZ

TƏCİLİ! Pakistan Hindistanın bu ərazisini VURDU

Pakistan ordusu Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisinin sıx məskunlaşmış Punç bölgəsində yerləşən məktəbə zərbə endirib. Hadisə nəticəsində ölən və ya yaralananların dəqiq sayı hələlik məlum deyil.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı hind mənbələri yerli mediaya məlumat veriblər. Bildirilir ki, mülki obyektlərə, xüsusilə də təhsil müəssisələrinə qarşı edilən bu hücum bölgədə gərginliyi bir qədər də artırıb. Hələlik Pakistan tərəfi insidentlə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Cammu və Kəşmir bölgəsi uzun illərdir Hindistan və Pakistan arasında sərhəd münaqişəsi və silahlı toqquşmaların mərkəzindədir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr