ABŞ prezident Donald Trampın adaya marağı ilə əlaqədar olaraq Qrenlandiya kəşfiyyatını gücləndirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, Tramp administrasiyası Qrenlandiyada casusluq fəaliyyətini gücləndirir, adanın müstəqillik hərəkatı və yerli sakinlərin ABŞ-dan resursların çıxarılmasına münasibəti haqqında məlumat toplamağa çalışır.
Bundan əlavə, Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın rəhbərlik etdiyi yüksək səviyyəli rəsmilər Qrenlandiya və Danimarkadakı Amerika maraqlarının tərəfdarlarını müəyyən etmək üçün peyklərdən, rabitə vasitələrinin ələ keçirilməsindən və yerdəki agentlərdən istifadə edərək əməliyyatların artırılmasına çağırıblar.
Bizim.Media