AZ

Saxta qiymət artımlarının qarşısının alınması üçün nə edilməlidir? – AÇIQLAMA

“Hal-hazırda may ayı olmasına baxmayaraq, bir sıra kənd məhsullarının qiymətində artım müşahidə olunur. Buna səbəb isə havaların mövsümə uyğun olmaması, soyuq keçməsidir.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib

Havaların belə keçməsi də meyvə və tərəvəzlərin yetişməsini gecikdirir və belə vəziyyətlərdə mağazalarda istixanalarda qalan məhsullardan istifadə edilir.

Diqqət etsək görərik ki, son iki həftə ərzində təkcə elə alçanın qiymətində üç dəfə fərq olub.

alça

Yerli məhsullar gec yetişdiyi təqdirdə daha çox kənardan ölkəyə idxal olunan məhsullar bazarda üstünlük tutur və nəticədə daxili bazarda bahalıq müşahidə olunur. Amma, havalar istiləşdikcə meyvə və tərəvəzlərin qiymətlərində enmələr müşahidə olunacaqdır”.

R.Atakişiyev onu da qeyd edir ki, kənd təsərrüfatı məhsullarında saxta qiymət artımlarının qarşısının alınması üçün bir sıra zəruri tədbirlər görülməlidir. Bu tədbirlərdən biri də kəndlilərin bazara çıxışının asanlaşdırılmasıdır və kəndlilərlə son istehlakçılar arasında vasitəçilərin sayının minimuma endirilməsidir.

Aişə Abdulova

 

Seçilən
0
1
nocomment.az

2Mənbələr