AZ

Ronaldo Madriddə sərxoş halda yaxalandı -

BAKI. 7 may. TELEQRAF

Futbol üzrə ikiqat dünya çempionu Ronaldo İspaniyanın paytaxtı Madriddəki restoranların birinin çıxışında sərxoş halda yaxalanıb.

Teleqraf xəbər verir ki, video-çarx "Yekədiş"in 2008-ci ildən sahibi olduğu "Valyadolid" komandasının La Liqadan düşməsi fonunda yayılıb.

Onun dövründə klub üçüncü dəfə elitanı tərk edir.

Klubun azarkeş qrupu Ronaldonun bu davranışını tənqid edib: "Bu da "Valyadolid"in prezidenti və majoritar səhmdarı. Onun qayğı göstərdiyi irsi də ortadadır. Bizim "Valyadolid" ölmür, hər gün satışsız məhv olur, get-gedə quyuya düşür".

Qeyd edək ki, "Valyadolid" 100 illik tarixi ərzində ilk dəfə ardıcıl 8 oyundan məğlub ayrılıb. Hazırda komanda 34 oyundan 20 xalla sonuncu - 20-ci pillədədir.

Seçilən
0
teleqraf.com

1Mənbələr