AZ

"Titul qazanmaq üçün doğru zamanda doğru yerdə olmaq lazımdır"

style='margin-bottom:10px;'>

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında keçiriləcək PSJ ilə oyun haqda danışıb. 

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: 

"Biz tarix yazmaq üçün bura gəlmişik. Finala bir qələbəmiz qalıb. Sözümüzü meydanda deməliyik. İlk matçın nəticəsi komandaların hər birinin qarşısında duran vəzifələri aydın şəkildə göstərir. Bizim vəzifəmiz daha aydındır. Nəyə qadir olduğumuzu bilirik. Titul qazanmaq üçün doğru zamanda doğru yerdə olmaq lazımdır".

Qeyd edək ki, sözügedən görüş bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk oyunun PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Seçilən
0
teleqraf.com

1Mənbələr