AZ

Gömrük sərhədindən qanunsuz mal keçirilməsi cəhdinin qarşısı alınıb

Gömrük

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər vasitəsilə kommersiya məqsədli malların şəxsi əşya adı altında ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb. Sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə baxış zamanı 7 ədəd “iPhone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret və 3 ədəd ştativ aşkar edilərək götürülüb [1] .Dövlət Gömrük Komitəsi bildirir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilə-bilə əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Seçilən
0
ulusum.az

1Mənbələr