İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
***
Azərbaycan xarici işlər naziri Bağdadda İraq parlamentinin spikeri Mahmud əl-Məşhədani ilə görüşüb.
Azreform.info xəbər verir ki, bu barədə nazir rəsmi "X" sosial media hesabında yazıb.
"Biz regional hadisələri və parlament diplomatiyasının əhəmiyyətini müzakirə etdik. Eləcə də iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan və İraq parlamentləri arasında əməkdaşlığın rolunu qeyd etdik. Qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qrupları arasında qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunduq", - məlumatda qeyd olunub.