AZ

“Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası İran və Azərbaycan xalqlarını yaxınlaşdırar”

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası hökumətlərarası komissiyada müzakirə mövzusu ola bilər.

Nəsib Nəsib Məhəməliyev

 

“Konkret razılıq əldə olunması barədə məlumatım yoxdur. Təbriz tarixi Azərbaycan şəhərdir. Bu şəhərlə müntəzəm aviareys əlaqəsi, İran və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırar, eyni zamanda turizmin və mədəni-iqtisadi münasibətlərin inkişafına xidmət edə bilər. İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi səmimi görüş münasibətlərdə yeni səhifənin açıldığının göstəricisidir. İran son 30 ildən artıq bir müddətdə Azərbaycan siyasətində çoxsaylı yanlış davranışlara yol verib və bundan ancaq ziyan çəkib. Zaman dəyişib, regionda yeni reallıqlar yaranıb. Mövcud geosiyasi şərait İranı yeni reallıqllarla hesablaşmağa sövq edir”-deyə deputat qeyd edib.

Nəsib Məhəməliyev tələbə mübadiləsi məsələsinə də toxunub. Deputat bildirib ki, bunu müsbət addım kimi qiymətləndirir.

“İran universitetləri arasında kifayət qədər reytinqliləri var. İndiyə qədər, bizim gənclər İranda ancaq dini təhsil almağa gedirdilər. Nəticədə, dövlətimiz və cəmiyyətimiz üçün xoşagəlməz hallar yaşandı. Bir neçə ixtisas var ki, iranlı tələbələrin Bakıda, bizimki tələbələrin İranda təhsil almasında fayda var.

Azərbaycan, hər zaman İranla bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən münasibətlərə sadiqdir. Münasibətlərin yumşalması, İran dövlətininin xarici və daxili siyasətində əsas söz sahibi olan ali rəhbər Əli Xameneidən asılıdır”-deyə deputat vurğulayıb.

Seçilən
0
1
moderator.az

2Mənbələr