Finss.az xəbər verir ki, çərşənbə günü neft qiymətləri əvvəlki sessiyada 3%-dən çox bahalaşdıqdan sonra yüksəlməyə davam etdi.
Bazar, ABŞ və Çinin ticarət danışıqlarına başlamaq barədə razılığa gəldiyi xəbərləri ilə dəstəklənir və bu, iki ölkə arasındakı münasibətlərdə gərginliyin azaldılmasına ümidləri artırır. ABŞ-ın maliyyə naziri Scott Bessent dünən axşam bildirib ki, bu həftənin sonunda İsveçrədə Çin rəsmiləri ilə görüşəcək.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:15-ə 62,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,54 dollar (0,87%) çoxdur. Çərşənbə axşamı bu kontraktların qiyməti 1,92 dollar (3,2%) artaraq 62,15 dollar/barel olub.