Bakı. Trend:
Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərindərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkəarasındakı ticarət dövriyyəsində də artımlar müşahidəedilməkdədir.
Trend xəbər verir ki, bunu Milli Məclisindeputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlıdövriyyə qeydiyyat alınmışdırsa, bu göstərici ötən il 223.9 milyondollaradək yüksəlib:
"Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarətdövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1milyon dollar.
Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sırasahələrində, xüsusən də turizm sektorunda və qarşılıqlı sərmayəqoyluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir. Ölkələrinpaytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılmasıilə bağlı aparılan müzakirələr turzim sahəsində əməkdaşlığa xüsusitöhfə verə bilər".
"Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarlı üçündə sərmayə qoyuluşu aspektindən cəlbedici hesab olunur. Son illərbu ölkəyə investisiya qoyuluşu həyata keçirmək istəyən yerlisahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanınemaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçüncəlbedicidir.
Bütövlükdə, ölkələr arasında əməkdaşlıq potensialı kifayət qədəryüksəkdir. Vyetnam rəhbərinin Azərbaycana dövlət səfərimünasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq", -deyə deputat əlavə edib.