AZ

Paşinyan Köçəryan, Sərkisyan və Petrosyanı Qarabağ debatına çağırdı: Siz üçünüz, mən tək…

BAKI, 7 may. TELEQRAF

Robert Köçəryanın siyasi əkizi Serj Sərkisyan 2018-ci il aprelin 17-də (4 günlük döyüşlərdən sonra – red.) bu tribunadan bəyan etmişdi ki, artıq müharibə gözlənilmir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Baş nazir sabiq prezident Robert Köçəryanın onu 44 günlük müharibəni qızışdırmaq və təxribatda ittiham etməsinə belə cavab verib:

“Serj Sərkisyan bu tribunadan elan etmişdi ki, danışıqlar prosesi artıq müharibə mərhələsinə çatmayıb, mən onu da xatırlatmaq istəyirəm ki, 2016-cı ilin 4 günlük müharibəsi de-yure siyasi cəhətdən başa çatmamışdı, bunun nəticəsində heç bir sənəd və ya heç bir şey imzalanmamışdı, həmçinin xatırlatmaq istəyirəm ki, Robert Köçəryanın müharibənin qarşısını almaq metodologiyası Mehri əvəzinə Qarabağ, Madrid prinsipləri və sair idi”.

Baş nazir keçmiş prezidentləri dəfələrlə debata çağırdığını da xatırladıb:

“Mən o adamlara dəfələrlə demişəm ki, sadəlövh auditoriyanı toplayıb ciddi-ciddi danışmağı dayandırın. Deyəcək sözün varsa, yenə deyirəm, gedək efirdə danışaq, qaranlıq guşələrə çəkilib söhbət etməkdən əl çəkək. Nə haqqında danışmaq istəyirsinizsə, gedək danışaq.

Robert Köçəryan, Serj Sərkisyan, Levon Ter-Petrosyan, deməyə sözünüz varmı? Canlı yayına gedək və danışaq. Gəlin polemikaya girək: üçə qarşı bir”.

Seçilən
0
9
teleqraf.com

10Mənbələr