AZ

16 yaşlı qızın beyninə hansı virus düşmüşdü?



Astara rayonu, Toradi kənd sakini, 16 yaşlı Gülnarə Əlizadənin Bakıda xəstəxanada beyin iltihabı səbəbindən vəfat etməsi sosial şəbəkələrdə ajiotaja və ciddi müzakirələrə səbəb oldu. İstifadəçilər yeni və təhlükəli virus haqqında suallar yazmağa başladılar.

Bəs, Gülnarə Əlizadə hansı virusdan vəfat edib? Bu virus geniş yayılıbmı?

TƏBİB-dən Bakupost.az -a bildirilib ki, 16 yaşlı Astara sakininə ADEM (Akut DisseminəEdici Ensefalomiyelit) diaqnozu təyin edilib.

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə Bakupost.az -a bildirib ki, ensefalomiyelit baş beyin və onurğa beynin iltihabı xəstəliyidir:


“Təbii ki, təhlükəli xəstəlikdir. Gülnarə Əlizadənin yoluxduğu növ isə daha ağır və nadir rastgəlinəndir. Adi halda isə bu xəstəlik tam müalicə oluna bilər. Xəstəliyin yaranma səbəbi qrip, enterovirus və digər kəskin respirator virus infeksiyalarıdır. Xəstəlik daha çox uşaqlarda və yaşlı insanlarda müşahidə olunur”.





Seçilən
0
1
medicina.az

2Mənbələr