AZ

Ümit Karan şərti azadlığa buraxıldı

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan 1 il 8 aylıq həbs cəzasından qurtula bilib.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Yağız Sabuncuoğlu yayıb.

"Sabah" nəşri 48 yaşlı keçmiş hücumçunun "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittihamı ilə məhkəmədən sonra həbsxanaya göndərildiyini açıqlasa da, Sabuncuoğlu onun şərti azadlığa buraxıldığını bəyan edib.

Qeyd edək ki, Karan 2001-2009-cu illərdə İstanbul nəhənginin uğurları üçün çalışıb.

Seçilən
0
fanat.az

1Mənbələr