AZ

Evindən milyonlar aparılan "Şaurma 1" sahibinin ailəsi Zahid Oruca müraciət etdi

Bakının Xətai rayon rayon sakini Babayeva Nigar Rəhim qızı parlamentin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca müraciət edib. Anaxeber.com məlumat verir ki, N. Babayeva millət vəkilinə müraciətində həyat yoldaşının haqsızlıqla üzləşdiyini bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı Babayev Aqil Zalış oğlu mütəşəkkil cinayətkar dəstənin hücumuna məruz qalıb. Nəticədə ailənin Buzovnada yerləşən bağ evində külli miqdarda zinət əşyaları, dollar və avro ekvivalentində pul vəsaitləri ələ keçirilib, Aqil Babayevə fiziki zorakılıq tətbiq olunub. Eyni zamanda, onun telefonundan xanımına mesaj yazaraq, Aqilin özü olduğuna həyat yoldaşını inandıraraq mənzilin sənədləri, 9 milyon manat, qızıl-zinət əşyaları, həmçinin xüsusi mülkiyyət olan "Şaurma N 1" MMC ələ keçirilib.

Amma Aqil Babayev həbs edilib. Nigar Babayevə millət vəkili Zahid Orucdan Xətai rayon sakini, bir seçici kimi köməklik gözləyir.

Onun ərizəsini təqdim edirik:

Seçilən
0
hurriyyet.az

1Mənbələr