AZ

"Beşiktaş" ispan hücumçu üçün hərəkətə keçdi

"Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Türkiyə klubunun əsas hədəfi "Brügge"də çıxış edən Ferran Judjladır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş"ın direktoru Eduard Qraf ispan futbolçunun meneceri ilə görüşüb. İstanbul təmsilçisi oyunçunun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Brügge" Ferran Judjlanı 2022-ci ilin yayında "Barselona"dan transfer edib. Forvard bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin iyun ayında başa çatır.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr