
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bölmələri arasında 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri başlayıb.Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar.
Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Turnirin keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir.
AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.
Diqqət Çəkənlər
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi
Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu