AZ

Titanikdə itən ƏN BAHALI ƏŞYA

Bioloq Skott Traversin Forbesdə dərc olunan məqaləsinə görə, 1912-ci ildə batan Titaniklə birlikdə ən böyük maddi itki nə qızıl, nə də qiymətli daşlar olub. 

News24.az xəbər verir ki, ən dəyərli itki, şlyapa istehsalına göndərilmək üzrə olan və dəyəri iki milyon dollardan çox olan ekzotik quş lələklərindən ibarət bağlama olub.

Bu yük, balıqçıl, dəvəquşu və digər böyük quşların lələklərindən ibarət 40-dan çox qutudan ibarət olub, Nyu-Yorkdakı məşhur şlyapa evlərinə çatdırılmalı idi.

Titanik qəzasında məhv olan digər qiymətli əşyalar arasında Merry-Joseph Blondel imzalı “Hamamda Çərkəz Qadını” tablosu, Ömər Xəyyamın nadir bir “Rübaiyyat” nüsxəsi, beş Steinway marka royal piano, 1912 model Renault avtomobili və nüfuzlu porselen dəstləri də var.


Məryəm İlhamqızı


Seçilən
0
news24.az

1Mənbələr