AZ

PAŞA Sığorta mobil telefonların ekran sığortası üzrə yeni xidmət təklif edir!

Qeyri-həyat sığorta bazarının liderlərindən olan PAŞA Sığorta şirkəti geniş məhsul portfelinə daha bir xidməti əlavə edib.

Artıq hər kəs mobil telefonunun ekranını da sığortalaya biləcək. Bununla da hər hansı hadisə baş verərsə (sınma, çatlama, suya düşmə və s.), telefonun ekranının zərər məbləği PAŞA Sığorta tərəfindən ödəniləcək.

Qeyd edək ki, ekran sığortasının illik sığorta haqqı 20 manatdan başlayır və sığortalanan telefonun orijinal ekran qiymətinə əsasən hesablanır. Sığorta təminatı isə telefonun ekranının bərpasının dəyəri qədər müəyyən edilir.

Ekran sığortası haqqında daha ətraflı məlumat əldə etmək və müraciət üçün linkə keçid edə bilərsiniz: cutt.ly/VrkyZXDs

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Seçilən
0
3
apa.az

4Mənbələr