Paşinyan Ermənistanın üç keçmiş prezidentini yenidən debata dəvət edib.
“Mənə deyəcək bir şeyin varsa, niyə efirdə (debata) razı deyilsən?” Ermənistanın baş naziri parlamentdə Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyana müraciət edərək bildirib.
“Buyurun, ağıllı, axmaq, müdrik və o qədər də ağıllı olmayan düşüncələrinizi toplayın və gəlin! Mən vicdanla təklif edirəm – üçə qarşı bir”, – Paşinyan bildirib.