Argentina futboluna itki üz verib. Ölkə yığmasının sabiq futbolçusu Luis Qalvan dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, o, 77 yaşında vəfat edib.
“Talyeres de Kordoba”nın yetirməsi olan Qalvan karyerasının böyük hissəsini bu komandada keçirib. Sabiq futbolçu həmçinin “Loma Neqra”, “Belqrano”, “Sentral Norte” və “Bolivar” klublarında da çıxış edib.
Qalvan 1975-83-cü illərdə Argentina yığmasında 34 oyun keçirib və komanda ilə DÇ-1978-in qalibi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta